
Kurs Haqqında
AI ilə istifadə edərək mətn, vizual, video və rəqəmsal məzmun hazırlamaq istəyənlər üçün nəzərdə tutulub.
8 həftə davam edən proqram praktiki tapşırıqlar və real layihələr üzərində qurulub. Təlim zamanı yalnız alətləri öyrənməyəcək, ideyadan hazır məzmuna qədər tam kontent istehsalı prosesini qurmağı bacaracaqsınız.
Bu kurs sizə AI alətlərini işinizə inteqrasiya etməyi, daha sürətli işləməyi və yaradıcı prosesləri sistemləşdirməyi öyrədəcək.
• Prompt mühəndisliyi və Ai alətləri ilə effektiv işləmə
• ChatGPT, Gemini, Claude, Grok, Perplexity AI, NotebookLM, Nano Banana 2, ChatGPT İmage 2, Kling, Seedance, ElevenLabs, Suno, CapCut AI, Canva AI və digər alətlərdən doğru istifadə
• AI ilə mətn və məzmun yaradılması
• Hekayələşdirmə prinsipləri ilə hekayə və ssenari yazımı
• AI ilə şəkil yaradılması
• AI video yaradılması
• Avatar yaratma, səsləndirmə alətləri
• AI ilə başdan sona qədər tam məzmunun iş axının qurulması
Təlim müddətində real layihələr üzərində işləyəcək, portfolionuza əlavə edə biləcəyiniz işlər hazırlayacaqsınız.
Kontent istehsalını sürətləndirmək və daha effektiv kampaniyalar hazırlamaq istəyənlər.
Sosial media, YouTube və rəqəmsal platformalar üçün məzmun yaradanlar.
AI alətlərindən istifadə edərək vizual yaradıcılığını genişləndirmək istəyənlər.
Biznesini süni intellektlə gücləndirmək, vaxtına qənaət etmək istəyənlər.
Bizə tez-tez verilən suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.