Kurs Haqqında
IT Foundation kursu – İT sahəsinə sıfırdan başlamaq, texnologiyanın əsaslarını öyrənmək və gələcək ixtisas seçimi üçün möhkəm baza formalaşdırmaq istəyənlər üçün nəzərdə tutulub.
Kursun proqramı – İT-nin fundamental istiqamətlərini başlanğıc səviyyədən əhatə edir:
∙ Aparat və Proqram Təminatı: Kompüterin daxili quruluşu (hardware), proqram təminatı anlayışı və əməliyyat sistemlərinə giriş (Windows, Linux).
∙ Əməliyyat Sistemləri: Windows mühitində idarəetmə, Linux distroları və əsas komandalarla işləmə bacarıqları.
∙ Şəbəkə Əsasları: Şəbəkə anlayışı, əsas cihazlar, IP ünvanlama, protokollar, NAT və port yönləndirmə prinsipləri.
∙ Veb və Təhlükəsizlik: İnternetin işləmə məntiqi, brauzer təhlükəsizliyi və istifadəçi səviyyəsində qorunma üsulları.
∙ Virtual Mühitlər: Virtual maşınlara giriş, Linux-un virtual mühitdə qurulması və praktiki tətbiqlər.
Bu kursu keçməklə nə əldə edəcəksiniz:
∙ İT sahəsinin əsaslarını sistemli və aydın şəkildə anlayacaqsınız;
∙ Windows və Linux əməliyyat sistemləri ilə işləmə bacarığı qazanacaqsınız;
∙ Şəbəkələrin necə işlədiyini və əsas konfiqurasiya məntiqini öyrənəcəksiniz;
∙ Virtual mühitdə işləmə və praktiki təcrübə əldə edəcəksiniz;
∙ Gələcəkdə System Administrator, Network və digər İT sahələrinə keçid üçün hazır baza formalaşdıracaqsınız.
16 yaşdan böyük gənclər üçün uyğundur
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
Texnoloji bilikləri olmayan və bu sahəni sıfırdan öyrənmək istəyənlər
Öyrənməyə həvəsi olan və çalışqan şəxslər
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir