
Kurs Haqqında
Ofis Proqramları Kursu 16 yaşdan böyük hər kəs üçün nəzərdə tutulub və 2 ay davam edir. Həftədə 2 dərs formatında keçirilən kurs praktiki və layihə yönümlü tədrisə əsaslanır.
Bu proqram tələbələrə gündəlik iş mühitində ən çox istifadə olunan Word, Excel, PowerPoint və Outlook proqramlarını peşəkar səviyyədə öyrədir və ofis bacarıqlarını inkişaf etdirməklə karyera imkanlarını artırır.
📌 Kurs boyunca öyrənəcəkləriniz:
• Microsoft Word – mətnlərin hazırlanması və formatlaşdırılması
• Microsoft Excel – cədvəllər, formullar və hesabatların qurulması
• Microsoft PowerPoint – effektiv təqdimatların hazırlanması
• Microsoft Outlook – elektron poçt və kalendarın idarə olunması
Tələbələr kurs müddətində real tapşırıqlar üzərində işləyir, praktiki bacarıqlarını inkişaf etdirir və kursun sonunda peşəkar sertifikat əldə edirlər.
16 yaşdan böyük gənclər üçün uyğundur
Kompüterdən anlayışı olan və istifadə etməyi bacaranlar
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir