
Kurs Haqqında
IT Help Desk Kursu 16 yaşdan böyük hər kəs üçün nəzərdə tutulub və 4 ay davam edir. Həftədə 2 dərs formatında keçirilən kurs praktiki və layihə yönümlü tədrisə əsaslanır.
Bu proqram tələbələrə kompüterlərin və şəbəkələrin idarə olunması, problem həlli və istifadəçi dəstəyi sahələrində güclü baza qazandırır, həmçinin peşəkar IT mühitində karyera imkanları açır.
Kursda öyrənəcəkləriniz:
• Kompüter aparat və proqram təminatı
• Əməliyyat sistemləri (Windows, Linux)
• Şəbəkə əsasları və təhlükəsizlik
• İstifadəçi hesablarının idarə olunması
• Real tapşırıqlar üzərində praktiki iş
Tələbələr kurs müddətində real iş mühitinə uyğun tapşırıqlar üzərində işləyir, mentor dəstəyi ilə bacarıqlarını möhkəmləndirir və kursun sonunda peşəkar sertifikat və praktiki təcrübə əldə edirlər.
16 yaşdan böyük gənclər üçün uyğundur
Kompüterdən anlayışı olan və istifadə etməyi bacaranlar
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir