
Kurs Haqqında
Kibertəhlükəsizlik Kursumuz tələbələrə real hücum və müdafiə ssenariləri üzərində işləyərək rəqəmsal sistemlərin necə qorunduğunu praktiki şəkildə öyrədir. Tədris prosesi zəifliklərin aşkarlanmasından başlayaraq, proqram təminatı və veb tətbiqlərin təhlükəsizliyinə, etik hakerliyə, penetrasiya testlərinə və məlumatların şifrələnməsinə qədər bütün əsas mərhələləri əhatə edir.
Kurs zamanı tələbələr müasir kibertəhlükəsizlik alətləri ilə peşəkar səviyyədə işləməyi, real dünya təhdidlərinə qarşı effektiv müdafiə strategiyaları qurmağı və aktual kibertəhlükəsizlik metodlarını tətbiq etməyi öyrənirlər.
Bu proqram etik hakerlik, şəbəkə təhlükəsizliyi, sistem və veb təhlükəsizliyi, penetrasiya testləri və proqram təminatının müdafiəsi sahələrində güclü texniki baza formalaşdırır və tələbələrə peşəkar IT mühitində rəqabətqabiliyyətli karyera imkanları yaradır.
📌 Kurs boyunca nələri öyrənəcəksiniz?
🔹 Əməliyyat sistemləri və virtualizasiya texnologiyaları
🔹 Şəbəkə strukturları və internet təhlükəsizliyi
🔹 Etik hakerlik və penetrasiya testlərinin tətbiqi
🔹 Veb tətbiqlərin təhlükəsizliyi və hücum növləri
🔹 Hücum və müdafiə strategiyaları
🔹 Real layihələr və praktik ssenarilər
Tədris müddətində tələbələr real layihələr və praktiki tapşırıqlar üzərində çalışır, təcrübəli mentorların dəstəyi ilə biliklərini möhkəmləndirirlər. Kursun sonunda isə peşəkar sertifikat, real praktiki təcrübə və kibertəhlükəsizlik sahəsində uğurlu karyera üçün möhkəm başlanğıc əldə edirlər. 🚀🔐
16 yaşdan böyük gənclər üçün uyğundur
Kompüterdən rahatlıqla istifadə etməyi bacaranlar
İngilis dilində başlanğıc səviyyədə oxuma-yazma bacarığı olanlar
Problemləri analiz edib, düzgün həll yolları tapmağı bacaranlar
JET Academy-nin bütün təlimçiləri öz sahəsində yüksək təcrübəyə malik, pedaqoji bacarıqları ilə seçilən peşəkar mütəxəssislərdir